Şou-biznes

Rəqsanə: "Kiminsə ərini əlindən almıram"

6 Mart 2015 14:45
11 Şərh     Baxış: 5 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən "Gündəlik" verilişində qonaq olarkən müğənni Rəqsanə İsmayılovanın yeni fotosessiyası nümayiş etdirilib.

Proqramdan sonra sosial şəbəkədə sənətçinin geyimi ilə özünü həmkarı Röya Ayxana bənzətdiyi iddia edilib.

Milli.Az xəbər verir ki, məsələylə bağlı Rəqsanə axsam.az saytına açıqlama verib. O deyib ki, yazılanlar doğru deyil:

"2013-cü ildə bu geyimlə İstanbulda fotosessiya etdirmişəm. İlk dəfə idi ki, qızım Aysunun hazırladığı libası geyinirdim. Birincisi, Röya da bizim millətin qızıdır. Əgər özümü kiməsə bənzətmişəmsə, bu? düşmənimiz yox, öz azərbaycanlımızdır. Amma bu doğru deyil axı. Mən o libası Röyadan iki il əvvəl geyinmişəm. Bu, faktdır. O vaxt bütün internet saytlarında bununla bağlı məlumat yer almışdı. Dünəndən mənə o qədər sözlər yazırlar ki... Məcburən bu haqda danışası oldum. Kim bəyənmir, baxmasın. Açıq-saçıq geyinirəm, əcəb edirəm. Hələ bir həftə sonra daha qısa libasla efirə çıxacam. Mənə belə xoşdur".

Rəqsanə ona təhqiramiz şərh yazanların həmkarları olduğunu iddia edib:

"Bəzi müğənnilər var ki, başqa adlarla ürəklərindəki kinli sözləri boşaldırlar. Mən onlar kimi kiminsə ərini əlindən almıram. Televiziyada başqa cildə girmirəm. Kiminləsə sevgilidirlər, başqasının əri ilə gəzirlər. Amma efirə çıxanda özlərini mələk kimi göstərirlər. Şou-biznesdəkilərin davası həmişə kişi üstündə olub. Biri onun sponsorunu əlindən alır, digəri başqasının. Mən nə sevgilim, nə də ərim olanda bunu gizlətmişəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.