Şou-biznes

Vəfa Zeynalovadan xanımlara məsləhət

6 Mart 2015 13:04
1 Şərh     Baxış: 2 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Vəfa Zeynalova xanımlara maraqlı məsləhət verib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, aktrisa "İncə+" verilişində hər zaman saçı üçün etdiyi maskanı bölüşüb:
 

"Bu maska saçı gözəlləşdirir, qalınlaşdırır, tökülmənin qarşısını alır. Axşam böyük soğanı ət maşınından keçirib, qara çörək qatın. Səhərə kimi saxlayın. İslanmış çörəyi və soğanı qarışdırın. Qatı məhlul alınacaq, onu saçın dibinə çəkib, papaq taxıb, 2 saat saxlayın. Su ilə yuyun, sabun, şampun vurmayın. Bu maskanı on gün edin. On gün aradan sonra yenidən təkrarlayın. Başınızda yeni tüklər çıxdığını görəcəksiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.