Şou-biznes

Müğənni Rəqsanə efirə bu geyimdə çıxdı - FOTO

6 Mart 2015 12:14
28 Şərh     Baxış: 19 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanə İsmayılova "Gündəlik" verilişinə qonaq olub

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi qısa geyimi ilə diqqət çəkib.

Aparıcı Mətanət Əliverdiyeva Rəqsanənin cəsarətli geyiminə münasibət bildirib:

"Paltarın risklidir. Qısadır, amma sənə yaraşır. Şəxsən mən geyinsəm, yaraşmaz. Röyanın qısa geyiminə də pençək dedilər. O, elə modeldir, belə formada tikilib. Bu cür fərqli geyimləri bəyənirəm".

R.İsmayılova: "Belə geyim üçün arıqlamaq lazımdır. 2015-ci ildə bu cür modellər daha çox dəbdədir", - deyə cavab verib.

Müğənni daha sonra aparıcıya tac hədiyyə edib:

"Bu qızıldandır. Mən elə-belə qız deyiləm, ucuz nəsə alım. Səni aparıcıların kraliçası elan edirəm".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.