Şou-biznes

Günaydan xəbər var - FOTO

5 Mart 2015 16:54
4 Şərh     Baxış: 3 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Günay İbrahimli solo konsertinin hazırlıqlarına başlayıb

Milli.Az xəbər verir ki, bu haqda axsam.az-ın əməkdaşı ilə söhbətində sənətçinin prodüseri Toma Hüseynəliyeva xəbər verib.
 

O, konsertin yazda Heydər Əliyev Sarayında baş tutacağını bildirib:

"İndi geyimlər üzərində çalışırıq. Üç libas olacaq. Biri Türkiyədə hazırlanır. İlk konsertdə Günay açıq-saçıq libaslarda çıxmışdı. Bu dəfə fərqli paltarlar düşünmüşük. Modelləri özümüzə məxsusdur".

T.Hüseynəliyevanın sözlərinə görə, G.İbrahimlinin repertuarına yeni mahnılar daxil ediləcək:

"Yeni bir mahnı üzərində çalışırıq. Aranjmanı Amerikada ediləcək. Bu ay "Sənə bağlanıram" adlı albom işıq üzü görəcək. Maraqlı fotosessiya etdirmişik. Yaxın günlərdə Aqil M.Quliyevin rejissorluğu ilə "Hüzur" mahnısının klip çəkilişinə başlayacağıq. Rusiyadan Alla Puqaçova, Filipp Kirkorov kimi məşhurlarla işləyən operator Yaroslav Pilunskiyi dəvət etmişik".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.