Şou-biznes

"Onlardan necə doymuşamsa, ömrümün sonuna kimi mənə bəsdir" - FOTO

4 Mart 2015 16:28
2 Şərh     Baxış: 4 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gündəlik geyimlərdə rahatlığa üstünlük verirəm: idman ayaqqabısı, rahat şalvar... Amma boyum balaca olduğu üçün xüsusi dəvətlərdə məcbur hündürdaban geyinirəm. Öz tərzim var. Dəblə ayaqlaşmağa çalışıram"

Milli.Az xəbər verir ki, bu sözləri axsam.az-ın əməkdaşı ilə söhbətində aparıcı Hüsniyyə Məhərrəmova söyləyib.
 

O, formada qalmağının yollarını açıqlayıb:
 

"Heç vaxt pəhriz saxlamıram. İdmana da getməyə vaxtım yoxdur. O qədər yeyirəm... Mənim qədər çox yeyən ikinci xanım yoxdur. Enerjim çoxdur. Evdə tərəzim var, hər səhər üstünə çıxıram. Görəndə ki, yüz qram arıqlamışam, həmin gün çox yeyirəm. Çəkim artanda isə yeməyimi azaldıram. Məni əsəb və həyəcan arıqladır".
 

Hər zaman qısa saçlarla görünən H.Məhərrəmova imicini dəyişməyi düşünmür:

"Uşaq vaxtı saçlarım uzun idi. Atam xoşlayırdı deyə, məcbur iki hörüklə gəzirdim. Onlardan necə doymuşamsa, ömrümün sonuna kimi mənə bəsdir. Qısa saçı sevirəm, hər zamanda belə qalacam".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.