Şou-biznes

Afaq süni mayalanma qərarının səbəbini açıqladı: "Atasız olsun!"

3 Mart 2015 16:33
28 Şərh     Baxış: 15 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Afaq Aslan süni mayalanma yolu ilə ana olmaq arzusundadır

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a açıqlamasında ifaçının özü məlumat verib: "Mən də əksər qadınlar kimi ana omaq istəyirəm. Amma istəmirəm ki, uşağımın atası olsun. Bəlkə də, bu açıqlamam bir çoxlarına qəribə gələcək. Amma bu, mənim seçimimdir. Kimsə mənim həyatıma, seçimlərimə qarışa bilməz. Bu günə qədər kişilərdən o qədər etibarsızlıq görmüşəm ki, ona görə də istəyirəm ki, uşağımın atası olmasın. Yəni süni mayalanma ilə uşaq dünyaya gətirəcəm.

Həyatımı hər hansı kişiyə bağlayıb, əsəblərimi korlamaq istəmirəm. Mən uşağıma həm ata, həm də ana olacam. Ona atasızlıq nə olduğunu yaşatmayacam. Cəmiyyətdə o qədər ailələr var ki, ailə qururlar, daha sonra kişi tamamilə dəyişir. Nəticədə də boşanırlar, uşaq da atası ilə qalır. Düşünürəm ki, bu addımımla pis nəsə etmirəm. Bir çox dünya ulduzları da süni mayalanma ilə övlad dünyaya gətirib".
  

İfaçı daha sonra onu da əlavə edib ki, 2009-ci ildə ailə qursa da, 2011-ci ildə boşanıb: "Normal ailə qurub, gəlin köçmüşdüm. Evdar xanım idim. Lakin mən yoldaşımdan hamilə olan zaman o, mənə xəyanət etdi. Beləcə də mən uşağı tələf etdirdim, boşandıq. İndi heç kimsədən aslı deyiləm. Həyatımı yaşayıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.