Şou-biznes

Bəstəkarın "Mən sənsiz"ini Almaz Ələsgərli oxudu

4 Mart 2015 10:05
Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hit mahnıların müəllifi Tural Bayraməliyevin yeni mahnısını əməkdar artist Almaz Ələsgərli səsləndirib. Söz və musiqisi Tural bəyə məxsus lirik nəğmə "Mən sənsiz" adlanır. Bəstə Türkiyədə peşəkar musiqiçilər tərəfindən aranjman edilib, səsləndirilib.

""Mən sənsiz" Almaz xanımın ifasında uğurlu alınıb. Bu mahnını məhz A.Ələsgərlinin ifası üçün yazdım və yaxın günlərdə klip çəkilişi nəzərdə tutulub", - deyən bəstəkar mahnılarına çəkilişi nəzərdə tutulan kliplərdən danışdı.

Öyrəndik ki, hazırda müəllifin Sevil və Sevinc bacılarının ifasında səslənən "Anla məni" mahnısı ekran həllini tapır. Eyni zamanda Nadir Qafarzadənin "Döy qapımı", Günay İbrahimlinin "Hüzur" və Almaz xanımın nəzərdə tutulan yeni mahnılarına klip çəkilişi üçün hazırlıq prosesi gedir.

Xatırladaq ki, mahnılarında saf sevgini tərənnüm edən T.Bayraməliyev bəstələrini həyat yoldaşına həsr edir.

Videonu izləmək üçün aşağıdakı linkə klikləyin.

https://www.youtube.com/watch?v=_u6Xxwch0vY
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.