Şou-biznes

Nazəninin prodüseri buraxıldı: "Adımdan yalan xəbər yayıb, şou yaratmasınlar" - YENİLƏNİB

3 Mart 2015 19:50
15 Şərh     Baxış: 11 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən polis tərəfindən saxlanılan müğənni Nazəninin prodüseri Pərviz Abbasov sərbəst buraxılıb


19:50


Bu barədə axşam.az saytına açıqlamasında prodüser özü məlumat verib:

"İki dəfə polis şöbəsinə çağırılsam da, işim olduğu üçün gedə bilmirdim. Dünən polislər tutub apardılar. Bir az öncə sərbəst buraxıldım. Təranə Qumral və Musa Musayevdən üzr istəməyimlə bağlı deyilənlər yalandır. Onlar haqda dediyim sözlərdən peşman deyiləm. Mənim adımdan yalan xəbər yayıb, şou yaratmasınlar".
 

Qeyd edək ki, prodüser Pərviz Abbasov müğənni Arzu Mələyin ad günündə Musa Musayevlə dalaşıb. Daha sonra o, sosial şəbəkədə Təranə və Musa cütlüyünün fotolarını paylaşıb və təhqiramiz sözlər yazıb. T.Qumral buna Nazəninlə aralarındakı narazılığın səbəb olduğunu deyib.


---------
15:36

Müğənni Nazəninin prodüseri Pərviz Abbasov polis tərəfindən saxlanılıb


Milli.Az axsam.az-a istinadən xəbər verir ki, buna prodüserin müğənni Təranə QumralMusa Musayev cütlüyünün ünvanına təhqiramiz sözlər işlətməsi səbəb olub.
 

Hadisə ilə bağlı açıqlama verən T.Qumral Pərvizlə polis idarəsində görüşdüklərini bildirib:

"Pərviz dəfələrlə izahat alınması üçün polis şöbəsinə çağırılıb. Amma o, qanunun tələbinə əməl etmirdi. Dünən Nazəninin Sumqayıtda "Dünya TV"dəki verilişinin çəkilişləri zamanı polislər studiyaya girib və Pərvizin qolunu qandallayıb aparıblar. Hazırda o, Binəqədi Rayonu Polis İdarəsində saxlanılır. Musa ilə mən də idarəyə getdik. Pərviz bizdən üzr istədi. Nazəninin təsirinə düşüb, ünvanımıza təhqiramiz sözlər dediyini bildirdi. Biz insanları əzməyi xoşlamırıq. Qanunla hansı cəza verilcəksə, o da olacaq, başqa tələbimiz yoxdur".
 

Qeyd edək ki, prodüser Pərviz Abbasov müğənni Arzu Mələyin ad günündə Musa Musayevlə dalaşıb. Daha sonra P.Abbasov sosial şəbəkədə Təranə və Musa cütlüyünün fotolarını paylaşıb və təhqiramiz sözlər yazıb. T.Qumral buna Nazəninlə aralarındakı narazılığın səbəb olduğunu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.