Şou-biznes

Ramal: "Övladımı heç mənə verirlər ki?!" - VİDEO

3 Mart 2015 11:57
1 Şərh     Baxış: 5 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Ramal İsrafilov "Region TV"də yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Bu yaxınlarda ata olan sevilən sənətçi həyatının necə dəyişdiyindən danışıb:

"Sevinirəm ki, Rəbbim mənə bu hissi yaşadıb. Özümü çox xoşbəxt sayıram. Haraya da getsəm, tez evə qaçmaq istəyirəm. Sanki evdə özəl bir oyuncağım var. Məsuliyyət yaranıb məndə. Bu da Allahın hədiyyəsidir insanın qəlbinə. Uşağa gül adı qoymuşuq: Liya. Ömrü gül qədər olmasın, inşallah. Adı mənə də maraqlıdır. Həm də gələcək planlar üçün də maraqlı addır. Mən ölmürəm övladdan ötrü? Amma heç mənə verirlər ki övladımı? Xalaları, bibiləri götürürlər, axırda qışqırıram ki, mənə də verin də!"

Bəstəkar-müğənni artıq pul almamış mahnı satmadığını da bildirib: "Borcum da, mənə borcu olan da yoxdur. Amma pul almamış mahnı vermirəm artıq, ailəliyəm, pul qazanmaq lazımdır".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.