Şou-biznes

"İndikilər deyirlər ki, pullu kişiyə ərə gedim, çətinliyim olmasın"

3 Mart 2015 11:00
3 Şərh     Baxış: 2 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"İndi qızlar deyirlər ki, varlı, pullu kişiyə ərə gedim, çətinlik çəkməyim. Heç kim ailə qurduğu oğlanla əl-ələ verib, problemləri yoluna qoymağa çalışmır".

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Vasif Məhərrəmli deyib.

O, gəncləri var-dövlət düşkünü olmaqda qınayıb:

"Tək gənc qızlar yox, sənətə yeni gələn ifaçıların da bir amalı var: "tez varlanım, cip sürüm, bahalı evdə yaşayım". Mənim heç vaxt belə məqsədlərim olmayıb. Tək arzum müğənni kimi fəaliyyət göstərmək idi. Bir dəfə Ağadadaş Ağayev soruşdu ki, boş vaxtında nə edirsən? Dedim, evdə otururam. Cavab verdi ki, evdə çox oturmaq üzrə birinci yerdə özüməm.

Kişiyə evdə oturmaq xoş olmalıdır. Buna şəraiti xanım yaratmalıdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.