Şou-biznes

"Qardaşım deyir ki, arvadını boşa"

3 Mart 2015 10:11
5 Şərh     Baxış: 3 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) qardaşı ilə bağlı hamını təəccübləndirən etiraflar edib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, "Düzünü desək" verilişinə açıqlama verən gitara ifaçısı onu ən böyük düşməni adlandırıb:
 

"Bir doğma qardaşım var, ondan zəhləm gedir. Allahın da ondan xoşu gəlmir. Ölənə kimi də qardaşımı danışdırmayacam. Böyükdür, üzünə ağ ola bilmirəm. Allaha tapşırmışam. Böyük səhvlər, xoşagəlməz hərəkətlər edir, internetdə mənlə bağlı yazılar yayır: "Rəmiş tapançayla gəzdi". Çox sözü deməyi özümə yaraşdırmıram. Həyat yoldaşım Gülü ox olub, batıb gözlərinə. Deyir ki, arvadını boşa. Mən sizə deyirəm, yoldaşınızdan ayrılın? Mülk davası edəni mən kişi saymıram. Kişi varını özü qazanmalıdır. Atanın qoyduğu mülkə oğul göz dikməməlidir. Mənim üçün dostlarım qardaşdan əzizdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.