Şou-biznes

"Xarici vətəndaşla ailə qurdum, sözümüz tutmadı"

3 Mart 2015 09:30
18 Şərh     Baxış: 22 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Yeganə haqqında gəzən boşanma xəbərlərinə fikir bildirdi.
 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, tez-tez vətənə qayıdan sənətçi barədə boşanma dedi-qoduları yaranıb. Yeganə bu cür xəbərləri qulaqardına vurduğunu deyir.
 

"Mən burada işimlə əlaqədar olanda yoldaşım da arada gəlir. İki ölkə arasında qalmışıq. Son zamanlar boşanmaların sayının artmasında qəbahət elə özlərindədir. "Xarici vətəndaşla ailə qurdum, sözümüz tutmadı" kimi bəhanələr gətirirlər. İnsan fədakar olmalıdır. Yaxşı insan ailəsini qoruyub saxlayar, pis insanın ailəsi dağılar".

Həyat yoldaşının ev işlərində ona qulluq edib-etməməsindən də söhbət açıb.

"Biri var, evin xanımı işləyir, yoldaşı da ona yardım edir. Burada bir qəbahət görmürəm. Bu yaxınlarda səhhətimdə problem yaranmışdı. Sağ olsun həyat yoldaşım, o qədər əziyyət çəkdi ki...

Əgər əmryana desəm ki, Fatih, dur mənə çay gətir, o stəkan başımda oynayar. Evin xanımına nə gəlib ki, çayı Fatih gətirsin? Vallah, demərəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.