Şou-biznes

Lalə Məmmədova: "İki əkiz qardaşım rəhmətə gedib"

2 Mart 2015 14:13
2 Şərh     Baxış: 3 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2-ci qız uşağı olanlara 10 min manat depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi bu gün "Gün üzü"nün müzakirə mövzusu olub.
 

Milli.Az atv.az-a istinadən xəbər verir ki, iki qız anası olan ifaçı Lalə Məmmədova övladları barədə danışıb: "Neçə vaxtdır bu söhbət gedir. Hər sahədə inkişaf getsə də, içimizdəki cahillik qalıb. Necə olur ki, əli, ayağı olan övladını ana doğratdırır, Allaha qarşı çıxır? Bu çox ayıbdır. Mənim üçün o 10 min manat söhbəti var, deyim ki, mənim övladımın qiyməti yoxdur. "USM"də övladımın balaca barmaqlarını görüb, onu artıq sevirdim. Heç bilmirdim o qızdır, ya oğlandır. Bunun nə fərqi var ki?! Övlad övladdır".
 

Beş bacısı olan ifaçı rəhmətə gedən qardaşları barədə də danışıb: "O vaxtlar elm, texnika bu qədər inkişaf etməmişdi. Heç valideynlərim bilməyiblər ki, qızları, ya oğlanları olacaq. İki əkiz qardaşım rəhmətə gedib. Anadan olublar, bir neçə gün keçib, sonra rəhmətə gediblər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.