Şou-biznes

İlhamə Quliyeva: "Pomidor, xiyar becərmirəm"

28 Fevral 2015 11:41
13 Şərh     Baxış: 5 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti İlhamə Quliyeva yeni biznesindən söhbət açıb
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xalq artisti "Star life" verilişinə açıqlamasında yeni mərkəz açacağını bildirib:

"Heydər Əliyev Sarayında mayda konsert verəcəm, bu yarım əsrdə gördüyüm işlərin hesabatı olacaq. Yerli musiqiçilər iştirak edəcəklər, dekorasiyanı isə türklərə həvalə etmişik. Böyük bir layihəm var, içərisində səsyazma studiyası, kafesi, mənim ofisim, istirahət məkanı olan mərkəz açacam".

İlhamə Quliyeva şou-biznes nümayəndələrindən də bəhs edib:

"Sənətdə kiminsə hüququ yoxdur ki, kimisə təhqir etsin. Məndən soruşurlar ki, sizin bostanınıza daş atanların cavabını necə verirsiniz? Mənim bostanım yoxdur, pomidor, xiyar becərmirəm. Yanımda olmağa çoxları can atıblar, amma mən yol verməmişəm. Qalan ömrümü də ləyaqətlə yaşamaq istəyirəm, buna maneə törətmək istəyənlərin ağzına şillə vurub, yerində otuzdururam.  Heç kim də şərəf və ləyaqətini tapdalamasına imkan verməsin".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.