Şou-biznes

Firəngiz Mütəllimova qalmaqallı fotosundan danışdı: "Başqa kişinin qucağında olsaydım..." - FOTO

27 Fevral 2015 17:19
8 Şərh     Baxış: 19 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrının tanınmış aktrisası, xalq artisti Firəngiz Mütəllimovanın "Bu şəhərdə"nin aktyoru, əməkdar artist Rafael İsgəndərovla çəkdirdiyi foto bir neçə gündür saytlarda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Əksər saytlar isə fotonu "Firəngiz Mütəllimova tanınmış aktyorun qucağında", "Rafael İsgəndərov azərbaycanlı aktrisanı qucağına aldı" başlıqlarıyla yayımlayıblar.
 

Milli.Az xəbər verir ki, publika.az sözügedən fotoyla bağlı xalq artistinin fikirlərini öyrənib. F.Mütəllimova əməkdar artistlə çəkdirdiyi şəkildə qəbahət görmədiyini bildirib:
 

"Burada nə var ki? Teatrda məşq də edirik, rol da oynayırıq. Başa düşmürəm... Başqa bir adamla qucaqlaşsaydım, möcüzəli şey olardı. Rafael İsgəndərov aktyordur, mən də aktrisayam, dostumdur. O fotoda qəbahətli bir şey olsaydı, özüm onu "Instagram" səhifəmdə paylaşmazdım".
 

Xalq artisti deyib ki, sözügedən foto "Bu şəhərdə"nin konsertinə bilet alarkən çəkilib:
"Bu şəhərdə"nin reklamı üçün bilet almağa getmişdim. Orada şəkillər çəkdirdik. Hələ zarafat da elədim ki, gərək mən də bir gün sizinlə səhnəyə çıxam. Bu, sevincdən gələn bir şeydir. Məşqdə dava da edirik, qucaqlaşırıq da. Başqa kişinin qucağında olsaydım, o, təəccüblü gələrdi".
 

Aktrisanın müzakirələrə səbəb olan fotosunu təqdim edirik.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.