Şou-biznes

Tanınmış prodüserin ailəsində şadyanalıq

27 Fevral 2015 10:14
4 Şərh     Baxış: 8 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, bu gün prodüser Tolikin atasının doğum günüdür. Tarix Əliyev sosial şəbəkədə atası ilə fotosunu yerləşdirərək ona olan ürək sözlərini bu cür bildirib:

"Bu gün həyatımın mənası olan atamın ad günüdür, Allah səni qorusun, "papa". Mən bir dəfə həyatımda sən tərəfdən sınağa çəkilmişəm. Ürəyin əməliyyat olunanda, düz 8 saat sənin əməliyyatdan çıxmağını gözləmişəm.

Sağ olsun həkim, əməliyyatdan sonra icazə verdi səni reanimasiyada görüm. Səni orada görən kimi dedim, Allahım, şükür sənə, atamı məndən almadın. Sizləri çox sevirəm, səni və anamı. Mən hələ valideyin deyiləm, övlad sevgisi nədir - bilmirəm, amma siz mənim həyatımda sonsuz sevgimsiz.

Allah sizi mənə çox görməsin. Amin!"

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.