Şou-biznes

Elton: "Evdə it, pişik və tısbağaları da var"

27 Fevral 2015 09:30
1 Şərh     Baxış: 2 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki qız atası olan Elton Hüseynəliyev onları necə tərbiyə etməsindən danışıb.
 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, heç vaxt övladlarına əl qaldırmadığını deyən sənətçi onlarla dost kimi ünsiyyət qurmağı məsləhət görür.
 

"Məryəm və Nuray adlı iki qızım var. Aralarında 3 yaş fərq var. Düz bir il böyük qızımın yanında bacısını qucağıma almadım ki, qısqanar. Nə istəyiblər, onu da almışıq. Oyuncaq alanda da iki-iki alıram ki, mübahisə yaranmasın. Evdə it, pişik və tısbağaları da var.

Uşaqlara beş yaşına kimi qadağalar qoymaq olmaz. Üstünə gedəndə daha pis nəticə verə bilər. Analarını incidəndə, sözə baxmayanda başa salıram ki, bir də eyni yanlışa yol verməsinlər. Məni də belə öyrədiblər. Əsas düzgün tərbiyə verməkdir. Uşağa deyib, özün yanlışa yol verəcəksənsə, olmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.