Şou-biznes

Aygün Kazımovanın qızı: "Ayıbdır axı" - FOTO

24 Fevral 2015 17:40
17 Şərh     Baxış: 20 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az İlqarə Kazımovanın atvxeber.az.-a müsahibəsini təqdim edir.
 

- Klip təqdimatınız uğurlu keçdi. Növbəti proyektləriniz barədə oxucularımızı məlumatlandırardınız.

- "Yenə-yenə" mahnımı yazan uşaqlarla növbəti mahnı üzərində çalışırıq. Təzə klipim, təzə mahnılarım olacaq. Davam edirəm.
 

- "Yenə-yenə"klipinin çəkilişini azərbaycanlı rejissora həvalə etdiniz. Nə əcəb əcnəbi rejissorla işləmədiniz?

- Bizim çox istedadlı rejissorlarımız var. Anar Hüseynov çox gözəl rejissordu, həm də dostumdu. Niyə öz ölkəmizin istedadlı insanlarını qoyub, xaricə qaçaq ki?! Bəlkə də vaxt gələr, dəyişiklik üçün xarici rejissora müraciət edərəm.
 

- Bir müddət gündəmdə oldunuz, sonra sanki, yoxa çıxdınız. Bu nə ilə bağlı idi?

- Bu, mənim hazır olmamağımla bağlı idi.
 

- Ancaq dedilər ki, əməliyyat olunmusunuz.

- Yox. Nə başqa ölkəyə köçmək, nə də ki əməliyyat olunub-olunmamağım səbəb deyildi. Mən tam hazır olmaq istəyirdim.
 

- Xarici görkəminizdə, sizcə, ehtiyac varmı ki, dəyişiklik edəsiniz?

- Hələ ki, hər şey qaydasındadır. Ehtiyac görmürəm ki, nəyisə dəyişim. Amma nə vaxtsa lazım olsa, bəli, əməliyyat etdirəcəm. Biz indi elə bir zamənədə yaşayırıq ki, hər şey realdır. İnsanlar nəyisə dəyişmək istəyir. Hər kəs də əməliyyat etdirir və mən də buna çox gözəl baxıram.
 

- Aygün Kazımova dəfələrlə təhlükəli əməliyyatlar etdirib. Bir övlad kimi heç ondan rica etmisinizmi bu cür risklərə getməsin...

- Yox. Çünki bu, onun öz seçimidir. Hər bir insan kimi anam da individual, özü seçim edib. Mən də bunu normal qəbul etmişəm. Lazımi məqamlarda ehtiyac duyub və o, həmin əməliyyatları etdirib.
 

- Klip təqdimatınızda Aygün Kazımova yox idi.

- Sizcə, olmalı idi?! Bu, axı mənim klipim idi. Bu, duet deyildi. Sevgi haqqında mahnı ifa etmişəm, bu, mənim öz işim, öz klipimdir, niyə anam orada olmalı idi ki?!
 

- Sosial şəbəkədə aktivsiniz. Ona görə haqqınızda tez-tez xəbərlər yazılır.

- Hə, yazırlar ki, "ŞOK, ŞOK İlqarədən 18+ fotolar" . Ağzına gələn yazmaq olmaz axı. Ona görə yaxşı jurnalistlərlə, işini bilməyən jurnalistlər fərqlənir. Qohumumla şəkil çəkdirirəm, o, mənim qardaşım, mən isə onun bacısıyam. O, məndən 2 yaş böyükdü. Bunu götürüb yazıblar ki, İlqarənin oğlanla fotoları yayıldı, həm də ki, 18+... Necə yəni, belə yazmaq olar? Mənə pis təsir edir axı, ayıb deyil?
 

- Amma əslində, seksual sözü xarici ulduzların normal qəbul etdiyi ifadədir.

- Mən də seksual sözünə çox yaxşı yanaşıram. Qadın seksual görsənməlidir. Azərbaycan dilində seksual cazibədar deməkdir. Sadəcə, 18+ yazmaq lazım deyil. Adama ailəsində nə deyərlər?! Öz menecerim İsa ilə şəkil çəkdirim deyəcəklər ki, sevir bunu, sevgilidirlər. Halbuki, İsa mənə bacısı kimi baxır, mən də ona qardaş kimi...
 

- Sevgi sizin üçün nədir?

- Sevgi hörmətdi. Gələcək həyat yoldaşımı necə görürəmsə, sevgi də mənim üçün odur. Əsas qarşımdakı insan mənə hörmət eləsin, sıxmasın məni.
 

- Hal-hazırda həyatında ailə qurmaq üçün artıq sevib-seçdiyin biri varmı?

- Yoxdur, tam səmimi...

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.