Şou-biznes

Zaur Baxşəliyev: "Mənə düşmən kimi baxmayın"

31 Yanvar 2015 14:14
21 Şərh     Baxış: 9 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə yazılan şərhləri həzm edə bilmir

Milli.Az atvxəbər.az-a istinadən xəbər verir ki, tənqidlərdən nəticə çıxaran  aparıcı təhqirlərə sərt reaksiya verib. Aparıcının izləyicilərinə ünvanladığı yazını sizə təqdim edirik:

"Biz gedirik! Yolumuz Gəncə, Şəmkir, Tovuza. Yeri gəlmişkən, sürücümüz "tontişdi", "tontiş". Şərhlərinizi oxuyuram, o gün yıxdınız-sürüdünüz, indi baxıram, yazmısınız ki, halaldır, əlasan. Eh... Sizi də başa düşmək olmur. Nə isə, işimizdə uğurlar. Ancaq tənqidləriniz həqiqətən bəhrəsini verir. Təhqir isə qəbulolunmazdır. Amma onu da anlayıram.

Hər insandan da normal tənqid gözləmək axmaqlıqdır! Çünki hamı savadlı, düşüncəli və fikrini izah etməkdə peşəkar deyil! Mən də hərdən sözümü başa sala bilməyəndə əsəbləşirəm. Ona görə də sizi başa düşürəm. Bircə istəyim budur ki, mənə düşmən kimi baxmayasınız. Hərdən elə qəddar şərh oxuyuram ki, düşünürəm ki, biz bu fikri yalnız düşmən üçün deyə bilərik. Yəni bu qədərmi qəddar və düşmən görünürəm kənardan?"

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.