Şou-biznes

Könül Kərimova efirdə ağladı - VİDEO

31 Yanvar 2015 13:10
1 Şərh     Baxış: 7 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Könül Kərimova əməkdar artist Məhəbbət Kazımovun ölümü ildönümü münasibətilə onun məzarını ziyarət edib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, K.Kərimova "Belə qəmli dayanma" mahnısından bir parça səsləndirərək sənətkarla bağlı xatirələrini dilə gətirib və göz yaşlarını saxlaya bilməyib:

"Ondan ölmüş biri kimi danışmaq mənə çox ağırdır. Ölümündən bir həftə qabaq ona zəng vurdum ki, verilişimə dəvət edim. Gördüm, mənə xırıltılı səslə cavab verdi. Elə bildim, yuxudan təzə oyanıb. Sonra mənə dedi ki, Könül, mən Türkiyədə müayinədəyəm. İnşallah, sağ-salamat qayıdım, səninlə əlaqə saxlayacam. Azərbaycana gəldi, ancaq gəlməyi ilə də bu xəbəri eşitdik. Kaş doğulduğu Laçını görüb gedərdi".

Qeyd edək ki, Məhəbbət Kazımov 2014-cü il, yanvarın 27-də dünyasını dəyişib.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.