Şou-biznes

Əməkdar artist külli miqdarda pul itirdi

30 Yanvar 2015 20:04
0 Şərh     Baxış: 4 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın əməkdar artisti Zaur Əmiraslanov pis hadisə ilə üzləşib

Milli.Az bildirir ki, əməkdar artist atvxəbər.az-a açıqlamasında bildirib ki, bu gün günorta saatlarında pulla dolu portmanatını itirib:
 

"Portmanatımı maşın sürərkən hər zaman dizlərimin üstündə saxlayıram ki, arxa cibimə qoysam, düşə bilər. Amma görünür, olacağa çarə yoxmuş. Yəqin ki, maşından çıxanda yerə düşüb. Tərslikdən də içində külli miqdarda pul var idi - 1000 manat və 250 dollar. Hələ kredit kartım da əldən getdi! Ən çox məni yandıran portmanatın özüdür. Bu portmanat mənə çox baha başa gəlmişdi", - deyə müğənni bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.