Şou-biznes

Aparıcı Vüsalə yenidən ATV-də

30 Yanvar 2015 17:33
9 Şərh     Baxış: 11 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış teleaparıcı Vüsalə Əlizadə yenidən ATV kanalında fəaliyyətini davam etdirəcək.
 

Milli.Az xəbər verir ki, atvxeber.az-a bu barədə danışan aparıcı tezliklə qadınlar üçün etdiyi pozitiv bir verilişlə efirdə görünəcəyini açıqlayıb:
 

- Yenidən köhnə iş yerində - ATV kanalında olmaq necə hissdi?

- Sonuncu dəfə 2009-cu ildə ATV kanalından ayrılmışam. ATV kanalı mənə çox doğmadı, çox əzizdi, elə bil mənim ata ocağımdı. Qız ata ocağına gələndə nələr hiss edir, bax ATV mənim üçün o qədər əzizdir. Düzdü, köklü dəyişikliklər var. Ancaq köhnə həmkarlarımı görmək çox xoş oldu, görəndə onları öpüşüb, görüşürük. ATV-də özümü tapıram.
 

- Yeni verilişiniz barədə bir az oxucularımızı məlumatlandırardınız.

- Qadınlar barədə yeni veriliş olacaq. Qadınların həm problemlərini, həm pozitivliyini göstərən bir veriliş olacaq. Bir çox layihələrim var idi, ancaq qadın verilişi olmadığı üçün belə qərar verildi ki, məhz qadınlar üçün bir veriliş edək. Biz istəmirik ki, qadınları ağladaq, problemlərini qabardıb, lakin onlara kömək etməmək kimi bir şeylər olmayacaq. Reytinq üçün belə bir şeylər olmayacaq. ATV hər zaman öz çəkisini qoruyan bir kanal olub, baxımlılığı da göz önündədir. Biz istəyirik ki, bizim verilişə baxan tamaşaçının, sadəcə, dərdləri yadına düşməsin, dərdlərinə çarə də tapsınlar.
 

- Veriliş nə vaxtdan yayımlanacaq?

- Fevral ayını nəzərdə tutmuşuq. Hal-hazırda hazırlıq işləri gedir. Studiyanın hazırlanması, bir neçə aylıq mövzular seçilir. İnşallah yaxşı olacaq.
 

- Vüsalə tamaşaçılarına nə demək istəyir, nə gözləsinlər sizdən?

- Tamaşaçılarım hər zaman yanımda olub. Buna görə onlara minnətdaram. Mən internet kanalda da işləyirəm, orada da işim davam edir. Baxmayaraq ki, mən bir ildi ki, internet kanalında çalışıram, amma mən təsdiqlədim ki, tamaşaçı səni sevirsə, sən dağ başında olsan da, o sevgi tükənməyəcək. Əgər həmin sevgi əsldirsə, tamaşaçı harda olsa da, səni axtarıb tapacaq. Sosial şəbəkələrdə mənə yazan, məni ancaq ATV-də görmək istəyən tamaşaçılarıma xoş xəbəri eksklüziv demək istəyirəm ki, çox az qaldı, yenidən görüşünüzə gələcəyəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.