Şou-biznes

Zaurun verilişində qalmaqal - VİDEO

30 Yanvar 2015 17:16
11 Şərh     Baxış: 12 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən "Azad Azərbaycan" Telekanalında aparıcı Zaur Baxşəliyevin təqdimatında efirə gedən "Öz aramızda" verilişində xoşağəlməz olay yaşanıb.
 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, proqrama ekspert kimi dəvət olunan İçəri Şəhər Cümə Məscidinin axundu hacı Surxay aparıcıya kəskin şəkildə irad bildirib. Daha çox insanların sosial problemlərindən bəhs edən bu verilişin dünənki efirinin şou xarakterli olması eksperti özündən çıxarıb. Canlı yayımda aparıcıya iradını bildirən hacı Surxay reklam arasında efiri tərk edib.
 

Qeyd edək ki, aşıq Tellinin də qonaq olduğu proqram başlayandan Zaurun onunla dialoqları tamaşaçılarla yanaşı digər ekspertlərin etirazına səbəb olub. "Öz aramızda"nın sponsoru olan məşhur xəz firmasından Tellinin "şuba yalvarışı" zalda oturanlarda qıcıq yaradıb. Verilişin sosial şəbəkələrdəki səhifələrinə yazılan statuslarda da problemləri olan insanların yanında günü toylarda keçən aşıq Telliyə xəz hədiyyə olunması birmənalı qarşılanmayıb.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.