Şou-biznes

Brilliant Dadaşova bacısı qızını biabır elədi

30 Yanvar 2015 13:21
4 Şərh     Baxış: 8 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova bacısı qızı Səidə Dadaşova barəsində maraqlı fikirlər səsləndirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "5/5" verilişinə qonaq olan xalq artisti bildirib ki, S.Dadaşova ona layiq olmayan insanlarla gəzir. Belə ki, S.Dadaşova verilişə gələn zaman "Tıxacları yara-yara nəhayət, gəlib verilişə çatdım", - deməsinə peşman olub.
  

B.Dadaşova mikrofonu götürərək, S.Dadaşovaya bu sözləri deyib:

"Küçədəki tıxacları yarmaq asandır. Sən həyatındakı tıxacları yar, evə gəl, yanımızda ol. Madam ki, söhbət düşüb, deyim. Səidə həm mənim bacım qızı, həm də əmioğlumun qızıdır. Çox istedadlıdır. Əfsuslar olsun ki, onun bir az təmiz xislətindən bir çoxları istifadə edirlər. Səidə mənim xoşuma gəlməyən insanlarla oturub-durur. Mən də, atası da, anası da yüz dəfə demişik ki, sənətlə məşğul ol. Yanımızda ol. Ona dəfələrlə demişəm ki, səsini qoru, pis vərdişlərdən uzaq ol. Məsələn, siqaret çəkir. Mənim Səidəyə ilk narazılığım siqaret üstündə olub. Demişəm ki, Səidə, sən müğənnisən, siqaretdən uzaq ol. İndi bir çox müğənnilər siqaret çəkir, amma boyunlarına almırlar. Burada ayıb heç nə yoxdur. Sadəcə, bu, insanın səhhətinə ziyandır. Bir sözlə, biz bu Səidəni öz yanımıza çəkə bilməmişik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.