Şou-biznes

İlhamə Quliyeva: "Onları həyatımdan çıxarıram" - FOTO

30 Yanvar 2015 13:11
2 Şərh     Baxış: 2 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, "Şərəf" və "Şöhrət" ordenli sənətkar İlhamə Quliyeva atvxeber.az saytının yeni layihəsi olan "5"-in ilk qonağıdır. Xalq artistinə 5 sual təqdim etdik:
 

- İlhamə xanım düşmənlərini necə cəzalandırır?

- Ümumiyyətlə, mənim düşmənlərim yoxdur. Paxıllığımı çəkənlər var. Onlar çaşıb, özlərini düzgün aparmayanda mən onları yerlərində oturtmağı bacarıram, onları həyatımdan çıxarıram, onlara embarqo qoyuram. Bunun özü elə ən böyük cəzadır. Ancaq onları yerlərində oturtmağı bacarıram. Savaşla heç bir şey etmirəm, aramla, ağılla. Zəka ilə paxıllığımı çəkənlərə başa salıram ki, çalışın, siz də mən qazandıqlarımı qazanın, əgər qazana bilərsinizsə, qazanın, buyurun.
 

- Həyatda nədən imtina edə bilməzsiniz?

- Həyatda Vətənimdən imtina edə bilmərəm.
 

- İlhamə xanım sənətkar kimi daha çox sevilir, yoxsa insan kimi?

- Onu mən çox qəti şəkildə deyə bilərəm ki, mən həm çox zirvəli bir sənətkaram, həm də əvəzolunmaz bir insanam, məni tanıyanlar üçün.
 

- Nələrəsə, kimlərəsə üsyan etdiyiniz məqamlar olub?

- Yox, üsyan etməmişəm. İnqilabçı deyiləm, üsyan edim. Mən çox konkret bir şəxsiyyətəm. Bir jestimlə, bir kəlmə sözümlə fikrimi düzgün ifadə edən bir insanam.
 

- Ana, nənə, qaynana. Hansı sizə doğmadır?

- Səmalar, göylər, dənizlər, Allahla bərabər qədər ana kəlməsi mənim üçün müqəddəsdir, şirindir, əzizdir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.