Şou-biznes

"Tolikin qulağını kəsəcəm, özünü düzəltməsə, o şəkilləri sayta verəcəm"

29 Yanvar 2015 13:44
3 Şərh     Baxış: 6 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prodüser Toliklə partiya sədri Hafiz Hacıyev arasında olan qalmaqal böyüməkdədir

Milli.Az xəbər verir ki, "Yeni Müsavat"ın əməkdaşına açıqlama verən Hafiz Hacıyev prodüseri hədələyib:

"Məcburam ki, Tolik kimilərinin qulağını kəsim, vəssalam. Onun kimi mənəviyyatsız, Azərbaycan xalqının milli mentalitetinə yaraşmayan küçə uşaqlarını üzə çıxartmaq olmaz. Belələrini görəndə az qala başımı götürüb Azərbaycandan gedim, belə bir cəmiyyətdə yaşadığım üçün özümə nifrət edirəm. Üzümü tuturam televiziya rəhbərlərinə. Axı sizin də ailəniz, övladlarınız televiziyaya baxırlar, onları efirə buraxmaq olmaz. Artistlərə də bildirirəm ki, onu prodüser kimi yanlarında gəzdirməsinlər".

Partiya sədri Tolikin "..sənin kimi kişilər mənim zövqümdə deyil" sözünə də münasibət bildirib:

"Əlbəttə ki, onun zövqündə ola bilmərəm. Onun zövqündə olanlar Tolikin qaş-göz etməsinə gülümsəyən kişilərdir. Biz elələrindən ola bilmərik axı, biz millətimizin adət-ənənəsini qoruyan kişilərik".

Hafiz Hacıyev onu da qeyd etdi ki, prodüser Tolikin əxlaqsızlığına aid əlində xeyli şəkillər var:

"Əgər özünü düzəltməsə, mən o şəkilləri sayta verəcəm. O, hər gün "Azadlıq" metrosunun yaxınlığında yerləşən parkdakı çayxanaya gəlir. Orada oturub kişilərə göz-qaş edir, min hoqqadan çıxır. Bizim partiyanın da bir filialı "Azadlıq" metrosunun yaxınlığındadır. Buna görə Tolikin orada etdiyi mənəviyyatız hərəkətlərini tez-tez görürük, əməkdaşlarımız onun xeyli əxlaqsız şəkillərini çəkiblər.

Bu xəstəliyi Azərbaycana gətirənlərə lənət olsun. İndi Avropa belə şeylərə adi baxa bilər, biz axı Avropada yaşamırıq".

Xatırladaq ki, "Xəzər" televiziyasında canlı yayımda Sevil - Sevinc bacılarının milli valyutamız olan manatı cırması Hafiz Hacıyevlə prodüser Tolik arasında söz davası yaradıb. Hər şey Tolikin partiya sədrinin əkizləri tənqid etməsinə qarşı çıxması olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.