Şou-biznes

Röyanın keçmiş həyat yoldaşı: "Bu qız, sadəcə, mənim dostumdur" - YENİLƏNİB

29 Yanvar 2015 17:30
10 Şərh     Baxış: 22 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:30

Bu gün internetdə müğənni Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilovun bir xanımla fotosu yayılıb. Bu Anarın yendən ailə quracağı haqda söz-söhbətləri daha da gücləndirdi. Foto onların yaxın münasibətdə olmasını göstərir. Lakin Anar Cəlilov bunu qəti inkar edir.

Anar ATVxəbər.az-a açıqlama verib: "Bu qız, sadəcə, mənim dostumdur və biz neçə illərdir ki, bir-birimizi tanıyırıq. Mən hələ dəli olmamışam ki, 3-cü dəfə ailə qurum! Bilsəydim ki, bizim foto bu qədər ajiotaj yaradacaq, heç onu İnstagram-da yerləşdirməzdim. Artıq şəkili də İnstagram səhifəmdən silmişəm ki, qıza problem yaratmayım".

Xatırladaq ki, Röya və Anar 2008-ci ildə ailə qurmuş, ötən il isə ayrılmışdılar. Onların bu nikahdan Hüseyn adlı oğulları var.
 

----------
13:34

Anar Röyaya acıq verdi
 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, məşhur müğənni Röya Ayxanın eks-həyat yoldaşı Anar Cəlilovun sosial şəbəkələrdə gənc xanımla səmimi görüntüsü yayılıb.
  

Qeyd edək ki, Anar və Röya cütlüyü ötən ilin avqust ayında rəsmən boşanıblar. Onların Hüseyn adında bir oğlu var.

Milli.Az


Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.