Şou-biznes

Meyxana və rəqs? Gözləyək

29 Yanvar 2015 11:23
0 Şərh     Baxış: 1 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rəqqasə Fatimə Fətəliyeva "Davay, do svidaniya" meyxanası ilə məşhurlaşan İntiqam və Ehtiram qardaşları ilə birgə layihə həyata keçirəcək
Bu barədə Milli.Az-a rəqqasənin özü məlumat verib. O, bildirib ki, həmin layihənin Azərbaycanda analoqu olmayacaq:

"Bir neçə ay öncə İntiqam və Ehtiram qardaşları ilə görüşdük və belə bir razılığa gəldik ki, birgə layihə edək. Həmin layihədə mənim bu illər ərzində rəqs etdiyim nümunələr də yer alacaq. Bu barədə ətraflı danışmaq istəmirəm.

Çünki şou-biznesdə ideya oğruları çoxdur. Yaxın müddətdə çəkilişlərə başlayacağıq, layihə hazır olduqdan sonra mediaya təqdim olunacaq. Düşünürəm ki, həyata keçirəcəyimiz bu layihə Azərbaycanda ilk olacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.