Şou-biznes

"Nuriyyə Əhmədovanın yanına heç kəsi buraxmırlar"

27 Yanvar 2015 15:20
4 Şərh     Baxış: 3 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti dünən ağırlaşıb və bu gün də həmin vəziyyət davam edir".

Milli.Az xəbər verir ki, bu barədə aznews.az-a Nuriyyə Əhmədovanın bacısı Sevil xanım məlumat verib.

Hazırda aktrisanın sistem altında olduğunu deyən Sevil xanım əlavə edib ki, həkimlər xəstə ilə görüşə icazə vermirlər:"Bacım hələ də xəstəxananın reanimasiya şöbəsində yatır".

Sevil xanım vurğulayıb ki, Nuriyyənin müalicəsinə Səhiyyə, Mədəniyyət və Turizm Nazirlikləri dəstək verir: "Aktrisaya kömək olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, xalq artisti N.Əhmədova hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə dünən Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.