Şou-biznes

Xose Bernardo: "Ayıb olsun!" - FOTO

27 Yanvar 2015 10:39
0 Şərh     Baxış: 20 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün xarici vətəndaşı döydüyünə görə tutulduğu deyilən tanınmış teleaparıcı Xose Bernardo qısa bir açıqlama verib

Milli.Az xəbər verir ki, bir neçə gün öncə Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinə zorakılığa məruz qalmış, 1988-ci il təvəllüdlü Feyzi Seyid Badulla oğlu şikayət ərizəsi yazıb.

Ərizədə bildirilir ki, Bakıdakı Əziz Əliyev küçəsində gecə klublarının birində olarkən 2 nəfər tərəfindən döyüb. Araşdırmalar nəticəsində məlum olub ki, İran vətəndaşını 1989-cu ildə anadan olmuş Bernardo Xose Pablo oğlu və Rusiya vətəndaşı Əliyev Emil Bəylər oğlu döyüblər.

Ötən gün isə bu xəbər bütün portal və saytlarda yer almışdı. Teleaparıcı isə öz səhifəsində olanları bu cür qeyd edib:

"Deyirəm, bu bəzilərinin, vallah, doğrudan da işi-gücü elə monitor arxasında oturub şir olmaqdır. Bu gün silahlı qüvvələrimiz 3 şəhid verib. Allah rəhmət eləsin!

Belə şeylər haqqında yazın da, yoxsa kimsə kimisə döydü, nə bilim nə... Əvvəla, mən heç vaxt səhv eləməyən insana qarşı belə bir hərəkət eləmərəm.

Bunu məni yaxından tanıyanlar yaxşı bilirlər. Bilmədiyiniz şeylər haqqında rəy bildirməkdən qabaq bir öyrənin, nədir-nə deyil, sonra kimisə mühakimə edin.

Bu xəbəri yazan jurnalistlərə də demək istəyirəm ki, ayıb olsun"!

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.