Şou-biznes

Bakıda tanınmış teleaparıcı gecə klubunda dava saldı - FOTO

26 Yanvar 2015 17:49
0 Şərh     Baxış: 5 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Faktla bağlı polis araşdırma aparır

Bakıdakı gecə klublarından birində dava-dalaş olub. Milli.Az xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Feyzi Seyid Badulla oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə zorakılığa məruz qalması ilə bağlı müraciət edib. Şikayətçi bildirib ki, Əziz Əliyev küçəsində gecə klubunda olarkən 2 nəfər tərəfindən döyülüb.
  

Araşdırmalar nəticəsində məlum olub ki, İran vətəndaşını 1989-cu ildə anadan olmuş Bernardo Xose Pablo oğlu və Rusiya vətəndaşı Əliyev Emil Bəylər oğlu döyüb. Hər iki şəxs bölməyə dəvət edilib.

Qeyd edək ki, davada adı hallanan Xose Bernardo Azərbaycan vətəndaşıdır. Pirallahı qəsəbəsi, Xanlar küçəsi 64 ünvanında qeydiyyatda olmaqla yaşayan X.Bernardo ANS telekanalında aparıcılıq etməsi ilə tanınıb. O, bir müddət əvvəl Azərbaycan ordusunda xidmət keçib və təxris olunduqdan sonra ANS telekanalında fəaliyyətini davam etdirib. X.Bernardo həm də gecə klubunda işləyir.
  

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.