Şou-biznes

Faiq Ağayev: "Mənə "başın sağ olsun" deməyin!" - FOTO

26 Yanvar 2015 14:17
3 Şərh     Baxış: 5 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Nə olar, dostlar, mənə "başın sağ olsun" deməyin! Lütfən, deməyin! O başın ki tacı düşüb, nəyinə, harasına salamatlıq gərək?"

Milli.Az anspress-ə istinadən xəbər verir ki, xalq artisti atasının anım günü ilə bağlı başsağlıqları qəbul edərkən belə deyib.

Faiq Ağayev 4 il əvvəl itirdiyi atasının yoxluğu ilə hələ barışa bilmədiyini deyir: "Zaman amansızdır... Ruhun şad, məkanın cənnət olsun, ata. Ölüm həyatın bədəli və gerçək üzüdür. Amma biz bunu yaxınlarımızdan biri vəfat etməyənə qədər sanki heç zaman bizə gəlməz deyə bilirik, hiss edirik. Amma bir gün bizim və hər kəsin ən yaxınlarının da qapısını çalır. Ürəyim ağlayır..."

Xatırladaq ki, Faiq Ağayevin atası Balağa Ağayev 71 yaşında dünyasını dəyişib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.