Şou-biznes

Rəqsanə əzizini itirdi

26 Yanvar 2015 12:30
2 Şərh     Baxış: 3 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onun bibisi rəhmətə gedib
 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, tanınmış müğənni Rəqsanə İsmayılovanın bibisi dünyasını dəyişib. Sənətçi bu barədə İnstagram səhifəsində məlumat verib.
 

"İnsanın doğmasını itirməsi çox çətin olur. Bibim uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. İki gün bundan öncə məndən alça istəmişdi. Bu gün alçanı ona alıb aparsam da, artıq gec oldu. Bibimin övladı olmayıb. Bacım və mənə hər zaman öz qızı kimi baxıb. Onun son istəyi də ona ana kimi yanaşmağımız idi. Allah rəhmət eləsin! Nəslimiz ağbirçəyini itirdi. Allah yerini cənnət eləsin! Həddindən artıq çox pisəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.