Şou-biznes

Rəqsanə: "Ana olmaq istəyib problem yaşayan xanımlara yardım göstərəcəm"

23 Yanvar 2015 16:07
0 Şərh     Baxış: 2 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Rəqsanə İsmayılovanın bu günlərdə ATV-də "Göz önündə" verilişi yayıma başlayacaq
Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən sənətçi studiyanın dekorasiyası üçün 40 min manat xərclədiyini deyib:

"Dekorasiya yanvarın 27-də tam hazır olacaq. Türkiyədən gətirildiyi üçün çox vaxt aldı. Bu günlərdə verilişin anonsları yayımlanacaq. Proqramda hər həftə fərqli mövzular müzakirə ediləcək. Hətta Həcc ziyarətinə getmək istəyib imkanı olmayanlara da kömək edəcəm.

İstəyəni ziyarətə göndərəcəm. Türkiyədən həkim dəvət edəcəm. Ana olmaq istəyib problem yaşayan xanımlara yardım göstəriləcək. Azərbaycanda həbsxanada olan bir hind vətəndaşı var. 8 ildir burdadır, ailəsindən xəbəri yoxdur. Valideynləri dünyasını dəyişib. Onun bacısını Hindistandan gətirib görüşdürəcəm. Bilirəm ki, mənim aparıcılığıma çox iradlar tutulacaq. Mən aparıcı yox, müğənniyəm. Səhvlər etməyim təbiidir. Ayda iki-üç dəfə qızım Aysun da mənimlə aparıcılıq edəcək. Bəylərimizə, xanımlarımıza geyimlər bağışlayacaq. Öz həyatımla bağlı heç kimin bilmədiyi məqamları verilişimdə açacam. Bir vaxtlar ağır günlər yaşadım. Heç vaxt mətbuatda bunun əsl səbəbi açıqlanmadı. Məhz o qaranlıq məqamın səbəbini deyəcəm".

R.İsmayılova "Öz aramızda" verilişinə kömək üçün müraciət edən eşitmə problemi olan ana Vəsilə və balaca qızı ilə bağlı da danışıb:

"O insanın arxasında durdum, axıra kimi də duracam. Qadın efirdə haqqımda çox söz dedi. Amma sonra qızı çıxıb məndən üzr istədi ki, anamın etdiklərindən xəbərsiz olmuşam. Mən adi bir bəndəyəm. Kiməm ki, məndən üzr istəyir. Xanımın qulağı eşitmir. Nömrəmi gündə bir adama verib mənə zəng vurdurur. Gəlib Bakıda kirayə ev tutub. Mən hər dəqiqə onunla məşğul ola bilmərəm, axı. Axırda Zaur Baxşəliyevə və prodüser Faiqə dedim ki, pulu sizə verəcəm. Hər ay o qadının özünə çatdırın, ehtiyacını ödəsin".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.