Şou-biznes

Tolik məhkəmənin qərarını saymır - FOTO

22 Yanvar 2015 20:00
6 Şərh     Baxış: 4 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün müğənni Natavan Həbibinin prodüser Tolikə qarşı "Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair" iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində mülki işə baxılıb.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, məhkəmə yenə də sənətçinin xeyrinə qərar çıxarıb. Bu haqda İnstagram-da yazan Tolik uduzsa da, üzr istəməyəcəyini bildirib:

"Məhkəmədə qərar qüvvədə qaldı. Bu qərarla razı deyiləm. Öz fikrimdə qalıram, Laçının işğalı günü konsert vermək istəyən hər bir müğənni mənim üçün ermənidir. Mən üzr istəməyəcəm. Azərbaycan qanunlarına hörmət edirəm, amma mən üzr istəməyəcəm. Ondansa məni ölkədən qovun. Ondan üzr istəsəm, axırıncı adam olaram. Ali məhkəmədə özüm çıxış edəcəm. Sevinmə! Səndən üzr istəsəm də, istəməsəm də əsas odur ki, fəaliyyətin əlimdədir. Nə toyun var, nə də ki, tədbirlərin. Əsas odur ki, səni hər yerdən çıxartmışam, evdə oturmusan. Sənin arxan burada kömək olmayacaq. Hardasa tapşırda bilər, amma şou-biznesdə yox. Nəyə narahat olacam ki? Narahat sən ol ki, 150 manata proqramlarda oxuyursan".

Qeyd edək ki, N.Həbibi xalq artisti Aygün Kazımova, prodüser Tolik və klipmeyker Zöhrab Ağayevi şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına əsasən, A.Kazımova, Tolik və Z.Ağayev Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. Tolik isə Apellyasiya Məhkəməsinə müraciət etmişdi.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.