Şou-biznes

İradə İbrahimova: "Ailə qurandan sonra hər şey dəyişir"

22 Yanvar 2015 20:04
0 Şərh     Baxış: 2 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Subay vaxtı münasibət daha şirin, dadlı olur. Axı nəsə əlçatmaz olanda insana daha maraqlıdır. Ailə qurandan sonra hər şey dəyişir".

Milli.Az xəbər verir ki, bu sözləri "Yeni sədalar" verilişində qonaq olan müğənni İradə İbrahimova deyib. Axşam.az-ın məlumatına görə, o, həyat yoldaşı ilə münasibətlərindən bəhs edib:

"Ailə qurduqdan sonra kişinin qapı açmaları, stulu çəkib oturmağına kömək etmələri olmur. Çalışmır ki, İradəni əlimin üstündə gəzdirim. Bunlar normaldır. Subay vaxtı əl-ələ tutanda bizə təəccüblü gəlirdi. Ailə qurduqdan sonra eşq bitir, yerini sevgi və hörmət alır. Bir-birinin dərdindən ölsən də, hörmət olmayanda birlikdə yaşamaq mümkün deyil. Bizim də aramızda böyük sevgi və hörmət var".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.