Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan 2015-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcək.
Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a müğənni özü məlumat verib. O, qeyd edib ki, əgər dövlətimiz məsləhət görərsə, millət vəkilliyinə öz namizədliyini verəcək:
"Hər kəs öz sənətinin millət vəkilidir. Biz də neçə illərdir ki, hörmətli millət vəkillərimizlə birlikdə dövlət tədbirlərində iştirak edirik. Əgər biz həmin tədbirlərdə özümüzü doğrultmasaydıq, millət vəkilləri bizi həmin yerlərə aparmazdılar. Mən xarici ölkələrdəki konsertlərimdən sonra səfirliklər tərəfindən deputatlığa namizədliyimi verməyimlə bağlı bir çox təkliflər alıram. Səfirliklərdən bildirirlər ki, mən millət vəkili və diplomat xanımam. Tək başına apardığım konsertlərimdə də Azərbaycanın, Qarabağın tarixindən bəhs edən kitabları Avropada yaymışam. Hər zaman konsertlərə gedəndə özümlə bərabər çoxlu kitablar aparıram. Həmin kitablarda isə Azərbaycanın musiqisi, incəsənətindən bəhs olunur. Bədxah qonşularımızın bizim başımıza gətirdikləri faciələrdən bəhs edən kitablarını da xarici ölkə vətəndaşlarına paylamışam".
Mügənni bildirib ki, bəzi icra başçıları ona millət vəkili olmağı təklif edirlər.
"Rayon icra başçıları isə deyirlər ki, həmin bölgədən millət vəkili olsam, mənimlə fəxr edəcəklər. Mən insanlarla dil tapmağı çox gözəl bacarıram. Arif Məlikov da uzun illər millət vəkili olub. Dəyərli sənətkarımız Zeynəb Xanlarova da millət vəkilidir. Əgər dövlətimiz məsləhət görərsə, mən də millət vəkilliyinə öz namizədliyimi verəcəyəm. Niyə də olmasın ki? Mən bunu özümə şan-şöhrət deyil, borc bilərəm. Bakının kəndlərinə baxdıqca fəxr edirəm. Kəndlərimiz avropalaşıb".
Əməkdar artist qeyd edib ki, seçkilər zamanı onun seçilmə ehtimalı daha çoxdur. Çünki bölgələrdə hər kəs onu sevir:
"Deputat seçilmə ehtimalım daha yüksəkdir. Neçə illərdir ki, mən Azərbaycanın rayonlarını qarış-qarış gəzib, istedad sorağına çıxmışam. Bölgələrdə yaşayan xalqımızın mənə qarşı olan istək və rəğbətini görmüşəm. Özümü xalqımızın və dövlətimizin yolunda xidmət etməyə nizamlamışam. Xaricdən isə mənə təkliflər gəlir ki, gedib orada yaşayım. Mən xalqımızı, vətənimizi və dövlət başçımızı sevdiyim üçün başqa ölkədə yaşamağı da özümə rəva bilmirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Alkoqol və narkotikdən uzaq 16 il - FOTO
- “Elməddin Azərbaycanın “Şabanı”dır”
- Aysun qızına bu adı QOYACAQ – VİDEO
- Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal - "Yuxuda görüb ki..." - VİDEO
- “16 yaşımda səhv etdim, dodağımdan narahatam..."
- Roza Zərgərli bu şəxslərin toyuna pulsuz gedir - VİDEO
XƏBƏR LENTİ
- Alkoqol və narkotikdən uzaq 16 il - FOTO
- Ceyhun Bayramov Çexiya Baş naziri ilə görüşüb
- Putinin andiçməsi bu tarixdə olacaq
- Mən öz puluma süni ada yaradıramsa... - Deputat
- “Elməddin Azərbaycanın “Şabanı”dır”
- Prezident: Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi
- İlham Əliyev: COP29-un uğurla keçməsini istəyirik
- Novak Cokoviç Lionel Messini qabaqlayıb - FOTO
- Mer çıxışı zamanı rüsvay oldu - VİDEO
- Aysun qızına bu adı QOYACAQ – VİDEO
- Prezident: Ermənistanı istisna olmaqda, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var
- İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür
- DTX nümayəndələrinin maaşı ilə bağlı QƏRAR
- Nişanlı qız faciəli şəkildə öldü - Azərbaycanda dəhşət - FOTO
- Şoyqu: Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib
- Növbəti köç karvanı Füzuliyə çatdı - YENİLƏNİB - FOTO
- Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal - "Yuxuda görüb ki..." - VİDEO
- ADA Universitetində beynəlxalq forum keçirilir, prezident iştirak edir - VİDEOYAYIM - FOTO
- "Yeddi oğul istərəm"in aktyorları 54 il sonra bir arada - VİDEO
- Ən çalışqan bürclər - Həmişə uğur qazanırlar
- Nazir müavini: “Ermənilərin mina tələləri quraşdırması ilə bağlı yeni sübutlar var”
- “İndi Paşinyan da bunu anlayır”
- Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş "Xalqin mədəni sərvəti" layihəsinin təntənəli bağlaniş mərasimi Gəncədə baş tutdu - FOTO
- “Vətəndaş nikahına girməsinlər”