Şou-biznes

Müğənni Mətanət əməliyyat olunacaq: "Vücudum əsir" - FOTO

22 Dekabr 2014 13:27
6 Şərh     Baxış: 5 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Mətanət Əsədova plastik əməliyyat keçirəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı "Hər şey daxil" verilişində danışıb. O, bildirib ki, bu günə qədər bədəninin heç bir yerində əməliyyat keçirməyib:

"Bu günə qədər barəmdə o qədər böhtanlar danışıblar. Amma açığını deyim ki, mən heç yerimdə əməliyyat etdirməmişəm. Barəmdə danışırlar ki, "ay orası elədir, burası belədir". Allahım şahiddir ki, mən heç əməliyyat etdirməmişəm. Amma bu yaxınlarda dəyişiləcəm. Tam başqa bir Mətanət olacam. Artıq həkimə müraciət eləmişəm. Danışıqlar olub. Bu fikir məndə çoxdan var idi. Amma narkozdan qorxurdum. Onu da deyim ki, həkim görəndə vücudum əsir. İndi qərarım qətidir. Fikrimi cəm etmişəm, yaxınlarda əməliyyata girəcəm. Oradan çıxanda qarşınızda bir başqa Mətanət görəcəksiniz".

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.