Şou-biznes

Röya: "Yenidən ərə gedib, uşaq doğa bilərəm" - FOTO

22 Dekabr 2014 12:26
16 Şərh     Baxış: 14 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Mən dəli qadınam. Yenidən ərə gedib uşaq doğa bilərəm. Moskvada və ya hansısa başqa ölkədə məşhurlaşa bilərəm".

Milli.Az xəbər verir ki, bu sözləri Lady Day.Az-a müsahibəsində tanınmış müğənni Röya Ayxan bildirib.

"Ola bilər ki, şəxsi həyatımdakı bəzi problemlərə görə kimlərsə düşünə bilərlər ki, xoşbəxt deyiləm, lakin belə deyil. Çox xoşbəxtəm, çünki çox yaxşı və ağıllı bir insandan sağlam uşaq dünyaya gətirmişəm. Allah özü mənə belə bir tale qismət eləyib ki, daha da ağıllı olum", - o əlavə edib.

Türkiyədəki yaradıcılıq işlərindən söz açan Röya hər şeyin yaxşı getdiyini bildirib. Mart ayında yeni diskinin işıq üzü görəcəyini deyib. Həmin diskə ən sevdiyi bəstəkarların mahnılarını daxil edib.

"Mənə qədər və məndən sonra bir çox müğənnilərimiz Türkiyədə də şöhrət qazanmağa çalışıblar. Ancaq görünür, Türkiyə şou-biznesinin qapılarını açmaq mənə qismət imiş", - Röya deyib və bu sözləri əlavə edib:

"Heç yerdə öz ölkəmdə olduğu kimi məşhurlaşa bilmərəm. Əgər orada populyar ola bilsəm, buradakı tamaşaçımın sayəsində mümkün olacaq. Məncə, səsimi türklər sevəcəklər. Türkiyədə güclü səsləri, ağıllı insanları və öz xalqına hörmət edənləri dəyərləndirirlər. Bunların hamısı məndə var", - o əlavə edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.