Şou-biznes

Faiq Ağayev: "Habil Əliyevi qınamıram"

20 Dekabr 2014 18:49
1 Şərh     Baxış: 2 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti, tanınmış kaman ifaçısı Habil Əliyevin keçən həftə "ATV maqazin" verilişində söylədikləri cavabsız qalmayıb.

Atvxəbər.az məlumat verir ki, H. Əliyevin "şou-biznes sözünə incəsənətdə yer yoxdur. Şou-biznes semiçka satanlardır... Şou qoyublar adını... Mən anlamırdım, bu yaxınlarda başa düşdüm" sözlərinə xalq artisti Faiq Ağayev də münasibət bildirib:

"Habil müəllim tam başqa epoxanın adamıdır. Hətta onun zamanında Şövkət xanım estrada müğənnisi kimi qəbul olunurdu. Amma indi Şövkət xanım bizim üçün milli musiqimizin xəzinəsinə aiddir. Zaman-zaman şərait və tələblər dəyişir, qınaqlar çoxalır. Mən Habil müəllimi qınamıram, bunu söyləməsi üçün ona səbəb verənlər var".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.