Şou-biznes

Gülyanaq yeni klipini təqdim elədi - FOTO

20 Dekabr 2014 17:30
0 Şərh     Baxış: 1 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi "Xaçmazım" mahnısına çəkilmiş klipin təqdimat mərasimi baş tutub.

Milli.Az Regional TV-yə istinadən bildirir ki, klip ictimaiyyətə adəti üzrə paytaxtda deyil, Xaçmazda təqdim olunub. Regionda ilk dəfə həyata keçirilən layihə Regional Televiziyaya məxsusdur. Mahnının ifaçısı xalq artisti Gülyanaq Məmmədova rejissor və klipin yaradıcı heyətinin işindən razı qaldığını bildirib. Xaçmaz rayonundan bəhs edən musiqini sevə-sevə ifa etdiyi qeyd edib.

Klipin rejissoru Dəyanət Rzayev çəkiliş prosesində məkan seçimi zamanı çox vaxt itirmədiyini bildirib, şəhərin abad görkəminin klipə vizual baxımdan bir sıra özəlliklər qatdığını vurğulayıb. Mahnının sözləri Vahid Əzizə, musiqisi Tahir Əkbərə məxsusdur.

Klip 4 gün ərzində Xaçmaz şəhərinin müxtəlif ərazilərində lentə alınıb. Klipdə yer alan səhnələr rayonun tarixi abidələri, diqqət çəkən tikililəri və istirahət məkanlarında çəkilib. Klipin çəkiliş prosesi və motivi haqqında bir sıra media qurumları məlumat təqdim ediblər. Təqdimat mərasimindən sonra klip ölkənin müxtəlif kütləvi informasiya vasitələrində yayımlanacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.