Şou-biznes

Əməkdar artistin sevimlisinin ayağı sındı

20 Dekabr 2014 13:15
0 Şərh     Baxış: 2 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Mətanət İsgəndərlinin yazdığı şeirə mahnı bəstələnib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bəstəni Yeni ildə səsləndirəcək. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə də bir çox sürpriz hazırladığını deyib:

"Məni sevənlər üçün bir mahnı sürprizim var. İfa edəcəyim bəstənin sözləri özümə məxsusdur. Bilirəm ki, bu, pərəstişkarlarımın böyük marağına səbəb olacaq. Hit mahnılarımdan birinə klip çəkdirmək fikrindəyəm. Hələlik seçim edirəm".

Əməkdar artist Yeni ili səhnədə qeyd edəcəyini bildirib:

"Çalışacağam ki, gecə saat 12-yə kimi evimdə ailəmlə bərabər olum, 12-dən sonra şou-proqramlarda çıxışlarım olacaq. Yanvarın 1-də isə bayramı Azərbaycanın bölgələrindən birində qeyd edəcəm".

M.İsgəndərli pişiyindən də danışıb. O, evində saxladığı sevimli heyvanının qucağından yıxıldığını və ayağının sındığını bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.