Şou-biznes

Tellinin "elə sənin "ajığına" sözlərinə Kamran Əliyevdən cavab - YENİLƏNİB

20 Dekabr 2014 17:14
6 Şərh     Baxış: 7 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:14

"2-3 dəfə efirdə mahnı oxuyan adamın qayda pozuntusuna yolda hamının göz yumması doğru deyil".


Bu gün ATV-nin "Şirin çay" verilişinə qonaq olan aşıq Telli Borçalı polis işçilərinin ona hörmət etdiklərini deyib. O bildirib ki, yol polisləri bütün sənətçilərə qayda pozanda hörmət edirlər: "Polisə deyirəm: "Elə sənin "ajığına" qırmızıdan keçmişəm". Mənə heç vaxt cərimə yazılmayıb".
 
Lent.az-ın "Ucnoqta.az"a istinadən xəbərinə görə, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev münasibət bildirib. Onun sözlərinə görə, belə konkret faktla qarşılaşmayıb: "Amma ola bilər ki, hansısa cüzi qayda pozuntusudursa, ciddi inzibati xəta deyilsə, şəxsiyyətin ölkədə tanınmış insan olması, ölkə qarşısında xidmətləri inspektor tərəfindən nəzərə alınar və ona xəbərdarlıq edilər. Amma inanmıram ki, bu, kütləvi xarakter daşısın...".

Həmin şəxslərin çıxıb efirdən bu cür danışmasına isə Kamran Əliyev çox sərt münasibət bildirib: "Çıxıb efirdə belə şey danışmağa çox pis baxıram. 2-3 dəfə efirdə mahnı oxuyub özünü məşhur sayanlar bilsinlər ki, onlara heç kim yolda güzəşt eləmir. Sadəcə özlərinə hörmət qazandırmaq üçün guya ayrı-ayrı vəzifəli şəxslərin onlara hörmət etməsini əsassız şəkildə bəyan edirlər. 2-3 dəfə çıxıb efirdə mahnı oxuyan adamın qayda pozuntusuna yolda hamının göz yumması doğru deyil".

----------
11:46

Aşıq Telli Borçalı yol hərəkəti qaydalarını pozur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Şirin çay" verilişində qonaq olan ifaçı polis işçilərinin ona hörmət etdiklərini deyib:

"Maşın sürməkdən qorxuram, sürücüm var. Heç vaxt polislərlə problem yaşamıram. Onlar bütün sənətçilərə hörmət edirlər. Verilişlərə gecikəndə qaydaları pozuram. Hansı polis bizi saxlayıb soruşanda ki, niyə qırmızıdan keçmisən? Polisə deyirəm:

"Elə sənin "ajığına" qırmızıdan keçmişəm". Mənə heç vaxt cərimə yazılmayıb. Çox sağ olsunlar ki, başa düşürlər və hörmət edirlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.