Şou-biznes

Xatirə Vüsaləyə cavab verdi: "Əcəb edir, canı heç vaxt sağ olmasın" - FOTO

19 Dekabr 2014 16:14
2 Şərh     Baxış: 4 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Xatirə İslam teleaparıcı Vüsalə Kərimovanın haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə bu mövzu haqda artıq danışmaq istəmədiyini qeyd edib:

"Mənim haqqımda yazılanlara fikir verməyin, kiminləsə dalaşıb onu reklam etmək fikrim yoxdur. Kim nə deyirsə, əcəb edir, canı heç vaxt sağ olmasın. İnşallah, Allah cavabını verəcək. Həyat yoldaşım 5 dil bilir, sinxron tərcüməçidir, rütbəsi mayordur, 10 min işçiyə rəhbərlik edir və ailəsini çox sevir. Mən də çalışıram ki, özümü onun adına, vəzifəsinə layiq aparım. Ona görə şərait yaratmıram ki, kimsə verilişində mənasız mövzularla məndən istifadə etsin. Mən də, ailəm də göz qabağındadır. Xoşbəxtəm ki, sevdiyim kişi öz ərimdir. Qaldı ki, aparıcıya onda da günah yoxdur, ondan da istifadə edirlər".

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.