Şou-biznes

"Əməkdar artist adını özümə yaraşdırmırdım"

19 Dekabr 2014 10:52
1 Şərh     Baxış: 2 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti adına layiq görülən gitaraçı Rafiq Hüseynov (Rəmiş) təəssüratlarını bölüşüb

Milli.Az xəbər verir ki, axsam.az-ın əməkdaşı ilə söhbətində musiqiçi hər kəsə minnətdarlıq edib:

"Evdə yox idim, şəhərdə gəzirdim. Zənglər gəldi, hamı təbrik etdi. Çox sağ olsun prezident məni bu ada layiq gördü. Bu, xalqın sənətimə olan sevgisindən irəli gəlir. Məni xalqım bu səviyyəyə çatdırdı. Prezident isə bunu qiymətləndirdi. 70 yaşım var. Əməkdar artist adını özümə yaraşdırmırdım".
 

Rəmişin həyat yoldaşı Gülü Hüseynova isə "70 yaşında sənətkar üçün bundan gözəl hədiyyə ola bilməzdi. Prezidentimiz və xanımına minnətdarıq. Gözlənilməz oldu" deyə bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.