Şou-biznes

Murad Dadaşov: "Qürur duyuram"

19 Dekabr 2014 10:48
2 Şərh     Baxış: 1 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün fəxri ad alan məşhurlardan biri də şoumen Murad Dadaşov olub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, "əməkdar artist" adına layiq görülən aparıcı təəssüratlarını bölüşüb:

"İmzalanan sərəncama görə ölkəmizin başçısı, möhtərəm, cənab prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Bu fəxri ada məni layiq gördüyünə görə, əziz prezidentimizə çox minnətdaram. Azərbaycanımızın əməkdar artistləri sırasında olmağımla qürur duyuram".
 

Qeyd edək ki, prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqda sərəncam imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.