Şou-biznes

Azərbaycanlı müğənni qəzaya düşdü: yaralı var - YENİLƏNİB

18 Dekabr 2014 17:03
2 Şərh     Baxış: 10 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:03

"Müğənni Rüfət Axundov qəzaya düşüb" xəbərinə müğənni atvxəbər.az vasitəsilə aydınlıq gətirib. Rüfət pərəstişkarlarına narahat olmamağı deyib:

"İki gün əvvəl avtomobilim bir balaca sürtülüb. O qəza deyil ki? Özüm sağ-salamat, avtomobilim də həmçinin. Heç istəməzdim bu barədə yazılsın. Çünki belə şeylə reklam olunmaq absurd bir şeydir. Vallah, mən belə şeyləri heç xoşlamıram. Qəza deyil, ağır bir şey deyil. Balaca bir şeyi şişiriblər".

----------
14:40

Müğənni Rüfət Axundov qəzaya düşüb. Milli.Az aznews.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində baş verən hadisəyə başqa sürücü səbəb olub. Belə ki, nömrə nişanı bəlli olmayan "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə müğənninin idarə etdiyi "Toyota" markalı avtomobilə çırpılıb, daha sonra isə yaxınlıqdakı dayanacaqda avtobus gözləyən bir şəxsə dəyib. Həmin şəxs bərk əzilib və Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Məlum olub ki, "VAZ 2107" markalı avtoomobilin sürücüsü Səxavət adlı şəxsdir. Hadisə şahidlərinin sözlərinə görə, o, Biləcəridə yerləşən DYP-nin Binəqədi rayon cərimə meydançasının (Binəqədı, Xarici Dairəvi, 3123) nəzarətçisidir.

Rüfət Axundov xəbəri təsdiqləyib. O, açıqlamasında bildirib ki, qəza iki gün öncə olub: "Hadisə qəfildən oldu. Mənim avtomobilimə çox da ziyan dəyməyib".

Müğənni hadisənin təfərrüatlarını danışmaqdan boyun qaçırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.