Şou-biznes

Elza Seyidcahandan "etiraf: "Daşıyıram... Qaşıyıram..."

9 Dekabr 2014 12:06
46 Şərh     Baxış: 7 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həmişə qeyri-adiliyi ilə seçilən Elza Seyidcahan yeni şeir yazıb
Əməkdar artistin Milli.Az-a verdiyi yeni "Etiraf" şeirini sizlərə təqdim edirik.

Yazığım gəlir...
İstəyənlər var ki,
Bir evdə yaşayıb,
Yatıb-dursunlar...
Yazığım gəlir
O adamlara ki,
Sevdiyi adama
Ərə gedə bilmirlər.
Sevmədiklərini
Aldadırlar....
Alçalda bilirlər...
Acıyıram o kəslərə ki,
İstədiklərilə
Evlənə bilmirlər...
Onlara
Zülm edirlər.
Gözlərini,
Könüllərini
Yolda qoya-qoya
Qocaldırlar.
Yazıqlar olsun...
Olsun yazıqlar!
Sevib evlənənlərə ki,
Xoşbəxt ola bilmirlər.
Bəzən qorxurlar,
Çəkinirlər xoşbəxtlikdən,
Doya-doya
Xoşbəxtliyin işığından
Gözləri də kordur hərdən.
Dörd tərəfi tordur,
Qızıl balıqlara qərq olmuş suyun içində...
Amma zordur!
Çox vaxt sevməyib
Evlənənlər olur.
Xoşbəxt doğur,
Hər gün solur...
O xoşbəxtlik onların
Üzündə olur,
Sözündə olur,
Dözümündə olur,
İçində olmur...
Olmur...
Dözməliyik?!
Hər qaranlıq gecənin
Bir işıqlı sabahı...
Vuur!..
Başımızdan,
Alnımıza yazımızdan vur...
Neyləyək?
Dözməyək?
Alnımıza dağ çəkək?
Tanrıdan soruşaq gedək
Sevgimizi?
Bu qədərmi əzək?
Yəni
Demək istəyirsən,
Sevgi ancaq məndədir?
Onda niyə
YARATDIN?
Qalmışdıq ki,
YANINDA...
Çox ağırdır.
Bəzən olur,
Daşımağa
Gücümüz də çatmayır.
Məndə axı Sevgidir...
Bilirsən ki,
Sevgi yüküdür ancaq.
Daşıyıram...
Qaşıyıram...
Dırnağımla çıxardıram
Sevgini...
Bir azca da
O birindən olsaydı?..
Tərəzidə bir-birinə
Çatsaydı?
Nəfəsimi dərərdim.
Cırmaqlaya-cırmaqlaya
Çıxartdığım sevgini
Qazandığım hər tərəfə
Səpərdim...
Səpələrdim
Və deyərdim TANRIMA:
Sevgim  ancaq SƏNDƏDİR...
SƏNDƏDİR.....

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.