Şou-biznes

Rəqqasə Oksana qəzaya düşdü

27 Noyabr 2014 14:57
10 Şərh     Baxış: 7 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaxın günlərdə yenidən Hindistan səfərinə hazırlaşan Oksana bu gün təxminən saat 13 radələrində "Yeni Müsavat"ın əməkdaşları ilə görüşə gələrkən avtomobil qəzası keçirib.

Bu haqda özü musavat.com-a məlumat verib. Əvvəl rəqqasə "çatıram" mesajını versə də, bir neçə dəqiqə sonra telefonla deyib: "Bu an qəza keçirmişəm. Avtomobilim xeyli əzilib. Bu səbəbdən təəssüf edirəm, sizinlə müsahibəyə gələ bilməyəcəm".

Daha sonra Oksana əməkdaşlarımızla yenidən əlaqə saxlayaraq xahiş edib ki, qəza barəsində mətbuata məlumat verilməsin:

"Bu haqda heç nə bildirməyin. Valideynlərim xəbər tutsalar, çox narahat olacaqlar".

Qeyd edək ki, rəqqasə Oksana Rəsulova Hindistanda ZEE TV-də yayımlanan "Maharakshak Aryan" serialında rol alıb. Serial "India`s Best Cine Stars Ki Khoj" layihəsi gedərkən lentə alınıb. Rəqqasə bunun çoxdankı arzusu olduğunu da bildirib: "Yaxın günlərdə yenidən Hindistana üz tutacam və aktyorluq fəaliyyətimi davam etdirəcəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.