Şou-biznes

"Əlinə daş keçən onu müğənniyə atır"

27 Noyabr 2014 15:04
1 Şərh     Baxış: 1 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yumor ustası Fərda Xudaverdiyev cümə günü yayıma başlayacaq "Top kimi şou"sunu Türkiyənin tanınmış şoumeni Bəyazid Öztürkün proqramı ilə müqayisə edib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, "Onlar" verilişinə açıqlama verən aktyor yeni şousunun ondan seçilməyəcəyini iddia edib:
 

"Türklər "Bəyaz şou"ya baxıb dincəlirlər. Mənim azərbaycanlılarım da "Top kimi şou"ya baxıb istirahət edəcəklər. Çox maraqlı olacaq. Əsasən də burada səmimiyyət var. Mən səmimiyyətin acıyam, bacardığım qədər burada aclığımı doyduracam. Şou əhlini topa tutmağı düşünmürəm. Onsuz da, əlinə daş, top, "raqatka", kiçik bir sim keçən onu müğənnilərə atır. Allah onların köməyi olsun. Mənim tamaşaçım istirahət edəcək, güləcək, gözəl vaxt keçirəcək".


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.